Ermənilər Qarabağda bu cinayəti törədir – Vəkil

177

Qarabağda azərbaycanlıların evlərinin yandırılması əmlakı qəsdən məhv etməyə görə cinayət məsuliyyəti yaradır.

Sosialmedia.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında tanınmış vəkil Aqil Layıc Qarabağı tərk edən ermənilərin evləri yandırması ilə bağlı danışarkən deyib.

O bildirib ki, yandırılan evlərin əsl sahibləri mülkiyyət hüququ pozuntusuna görə məhkəməyə müraciət etmək və təzminat tələb etmək hüququna malikdirlər.

Qeyd edək ki, Laçına qanunsuz məskunlaşdırılmış ermənilər avqustun 25-nə kimi oranı tərk etməlidirlər. Ermənistan evlərin yandırılmayacağı vədini versə də, ermənilər evləri və meşələri qəsdən yandıraraq, bunu social şəbəkədə yayırlar.