Zəngilan Hava Limanının açılış mərasimi – Canlı

187

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

Sosialmedia.az xəbər verir ki, Türkiyə lideri bu gün Zəngilan hava limanının açılışında iştirak edəcək, habelə bir sıra tədbirlərə qatılacaq.

Xatırladaq ki, Türkiyə lideri oktyabr ayında Füzuli hava limanının açılışında da iştirak etmişdi.

***

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Türkiyə liderini gətirən təyyarə Zəngilan Beynəlxalq Hava Limanına eniş edib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qeyd edək ki, Ərdoğan bu gün Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək və digər tədbirlərə qatılacaq.

***

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.

***

Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.

Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.