Hemofiliya Assosiasiyasının təşəbbüsü ilə stomatoloji müalicə və müayinələr aparıldı – Hematolologiya Mərkəzində

283

9 dekabr 2022-ci il tarixində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin rəhbərliyinin dəstəyilə laxtalanma pozğunluğundan əziyyət çəkən pasientlər üçün “Stomatoloji müayinə və müalicə aksiyası” keçirildi.

Sosialmedia.az xəbər verir ki, mərkəzin həkim stomatoloqu Dr. Abbas Abdullayev qanın laxtalanma pozğunluğundan əziyyət çəkən pasientlərin ağız boşluğunu müayinə etmiş və ehtiyac olduqda müalicə etmişdir. Müayinə və müalicə peşəkar həkim tərəfindən uğurla aparılmışdır.

Qeyd edək ki, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası Novo Nordisk Hemofiliya Fondunun dəstəyi ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin stomatoloji kabinetini müasir tibbi avadanlıqlarla, mebel və müalicə üçün lazımi plombalarla tam təchizatlandırmışdır.

Bununlada gələcəkdə Hemofiliya və digər qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşlar üçün stomatoloji müalicə və müayinələr sistematik olması nəzərdə tutulmuşdur.

Bu istiqamətdə Respublikada stomatoloji xidmətin inkişafı hemofiliya və digər qanın laxtalanma pozğunluğundan əziyyət çəkən vətəndaşların sağlamlığı üçün dövlət tərəfindən alınan həyati vacib bahalı laxtalandırıcı dərman preparatlarının normativ istifadəsinə zəmin yaradacaq.