Sülhməramlıların içində erməni tapıldı

178

Sosialmedia.az xəbər verir ki, bu gün səhər saatlarından Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirirlər.

QHT-nümayəndələrinin bildirdiklərinə görə rus sülhməramlıların içərisində hələlik bir nəfər erməninin olduğu müəyyən edilib.

Qeyd edək ki, etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.