“Gənclər həftəsi” çərçivəsində “Əyləncə və yeni təcrübələr” İnklüziv Gənclər Festivalı keçirilib- Özəl

353

Sosialmedia.az xəbər verir ki, “2 fevral-Azərbaycan gəncləri günü” münasibətilə “Gənclər həftəsi” çərçivəsində “Əyləncə və yeni təcrübələr” İnklüziv Gənclər Festivalı keçirilib.

Festival müxtəlif əlillik dərəcələrindən olan yeniyetmə və gənclərin iştirakı ilə konsert proqramından və hamının böyük marağına səbəb olan beş fərqli master-klassdan ibarət olub. Master-klasslarda gənclər müxtəlif incəsənət növləri ilə tanış olub, öz bacarıqlarını sınayıblar.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının əl işləri və bacarıqları festival iştirakçılarının marağına səbəb olub.