İndoneziyalı parlamentarilər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər- Özəl

220

Sosialmedia.az xəbər verir ki, Azərbaycanda səfərdə olan İndoneziya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri yanvarın 31-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı üzərinə tər güllər düzüblər.

Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev və digər rəsmi şəxslər müşayiət ediblər.