Qol güləşi üzrə turnir keçiriləcək-ÖZƏL

237

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai birliyi “Şəhidlər Ölməz Vətən Bölünməz” adlı layihəsinin icrası çərçivəsində gənclər və yeniyetmələr arası “Qəhramanlar unudulmur” devizi altında Qol Güləşi üzrə açıq Qazax rayon turniri keçirəcəkdir.

Turnirin tərəfdaşları Azərbaycan Qol Güləşi federasiyası , Qazax rayon gənclər və idman idarəsi , “Qazax Gənclər evi” sosial xidmət müəssisəsi .Turnir Qazax rayonundan olan 3 şəhidin- Baş leytenant Kazımov Yunis Qasım oğlu, Baş gizir Məmmədov Azər Mustafa oğlu və gizir Kərimov Azad Zakir oğlunun xatirəsinə həsr olunmuşdur.

Turnir 19.02.2023-cü il tarixdə saat 13-00 da Qazax Gənclər evində keçiriləcəkdir.Turnirdə iştirak etmək istəyən idmançılar və həvəskarlar təşkilat komitəsi ilə əlaqə saxlaya bilərlər.
Email: azer_an@yahoo.com
WhatsApp: 055-344-59-61