Azərbaycanlı tələbələrlə bağlı Türkiyədəki səfirliyimizdən AÇIQLAMA- Özəl

88

Türkiyədəki dəhşətli zəlzələdən sonra dağıntılar altında qalan Malatya İnönü Universitetinin 4 azərbaycanlı tələbəsi ilə bağlı 9 gündür ki, hər hansı məlumat yoxdur. Samir Quliyev, Hümam İsmayıllı, Gündüz Nəzərzadə və Şahin Verdiyevin axtarışları isə davam edir.

Malatyada 7 mərtəbəli binanın 2-ci mərtəbəsində yaşayan tələbələrin zəlzələ baş verən gün evdə olduqları bildirilsə də, axtarış-xilasetmə işlərində onlarla bağlı heç bir iz tapılmayıb. Xilasedicilərin bildirdiyinə görə həmin bina toz halına düşüb, dağıntılar altında isə artıq heç kim qalmayıb.

Ötən gündən etibarən axtarış-xilasetmə işlərinə xüsusi təlim görmüş itlər cəlb edilib. Amma tələbələrlə bağlı iz yoxdur. Bu isə azərbaycanlı tələbələrin itkinlər siyahısında olma ehtimalını artırır.

Sosialmedia.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə dryib:

“Həmin binada axtarışlar dayanmayıb. Ümumiyyətlə, həmin gecə tələbələrin yaşadıqları binada olub-olmadığını da demək çətindir. Ona görə gözləmək lazımdır”.

Tələbələrimizin itkinlər siyahısında olub-olmamasına gəlincə XİN rəsmisi bildirib ki, indidən bu barədə nəsə demək çətindir.

“Axtarışlar davam edir. Mütəmadi olaraq biz də əlaqə saxlayırıq. Tələbələrimiz axtarışı davam edənlər siyahısındadırlar”

Tələbələrin doğmaları da ümidlərini üzməyiblər.

9 gündür gözü yolda, qulağı səsdə olan Şahin Verdiyevin anası Esmira Hüseynova Bizim.Media-ya oğlu ilə bağlı yaxşı xəbər alacağına ümidli olduğunu deyib.