Bayden bank böhranından qorunacağını deyib-ÖZƏL

196

Sosialmedia.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden xalqa müraciətində hər şeyi araşdırıb hər kəsi cəzalandıracağını, ölkənin bank problemlərində günahkar olan hər kəsi işdən çıxaracağını vəd edib.

Cümə günündən bəri ABŞ-da üç gün ərzində iki bank müflis oldu – Silicon Valley Bank və Signature Bank. Bank filiallarında əmanətçilər növbəyə düzülüb.

24 ABŞ bankının səhmlərinin daxil olduğu KBW Bank İndeksi cümə günü 7% – 2020-ci ilin iyunundan bəri ən yüksək göstərici, bu gün isə daha 10% ucuzlaşıb. Western Alliance Bank-ın səhmləri 84%, First Republic Bank – 77%, PacWest – 55,6%, Zions – 36%, UMB Financial – 30% ucuzlaşıb.