İctimai Şuralara keçiriləcək seçkilərdə layiqli olan bütün şəxslərə uğurlar arzulayıram-ÖZƏL

184

Sosialmedia.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında ictimai şuranın sədri, Azərbaycan Respubliaksının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin müşahidə şurasının üzvü, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, Azər Alalhverənov sosial şəbəkə hesabından QHT-lərə müraciət ünvanlayıb. Müraiətdə deyilir :

– Hörmətli QHT nümayəndələri,
Son günlər mənə bu və ya digər qurumun yanında fəaliyyət göstərən İctimai Şuralara keçiriləcək seçkilərdə ya namizəd, ya da seçici qismində iştirak etmək təklif olunur.

Rəsmi olaraq bildirirəm ki, fərqli yozumlar olmasın və yanlış təsəvvürlər formalaşmasın deyə rəhbəri olduğum İctimai Birliyin heç bir nümayəndəsi İctimai Şuralara keçiriləcək seçkilərdə nə passiv, nə də aktiv şəkildə iştirak etməyəcək. Bundan başqa cari ilin iyun ayında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın hazırkı heyətinin müddəti başa çatır. Nə mən, nə də təşkilatımızın digər bir üzvü yeni heyətin müəyyən olunması məqsədilə keçiriləcək növbəti seçkilərdə iştirak etməyəcək.

Təşkilat olaraq, biz, əsasən, ictimai iştirakçılığın digər formalarına uyğun təşkil olunan fəaliyyətlərdə təmsil olunmaq barədə düşünürük.
Əminəm, qərarımızı anlayışla qəbul edəcəksiniz. İctimai Şuralara keçiriləcək seçkilərdə layiqli olan bütün şəxslərə uğurlar arzulayıram.