Şəhid Vidadi Zalov ilə vida mərasimi keçirilir – CANLI YAYIM

167

Ermənistan silahlı qüvvələrinin ötən gün törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Nizami oğlu Zalovun cənazəsi yaşadığı evə gətirilib.

Sosialmedia.az xəbər verir ki, şəhidlə vida mərasimi Saray qəsəbəsində yaşadığı evdə keçirilir.

Vida mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edirlər.

Şəhidimiz ailəsinin istəyinə uyğun olaraq, V.Zalov Sarayda Şəhidlər qəbiristanlığında torpağa tapşırılacaq.