Salyan rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında “Bilik” yarışı keçirilmişdir- Özəl

142

Sosialmedia.az xəbər verir ki, 22-23 may 2023-cü il tarixlərində Salyan RİH-nin, YAP Salyan rayon təşkilatının və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında “Bilik” yarışı keçirilmişdir.

Gərgin və maraqlı rəqabət mühitində keçən bilik yarışında birinci yeri şəhər 4 saylı tam orta məktəbin “Turan” komandası tutub. Qaliblər Salyan RİH-nin, YAP Salyan rayon təşkilatının və Salyan rayonu üzrə Təhsil sektorunun xatirə hədiyyələri ilə mükafatlandırılıblar.