Zabux kəndinə ilk köç karvanı yola salınıb- Özəl

289

Sosialmedia.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə ilk köç karvanı yola salınıb.

Avqustun 25-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşən köç karvanına Bərdədən, Şirvandan və Mingəçevirdən Zabuxa qayıdan ailələr qoşulub. İlk mərhələdə kəndə 20 ailə – 88 nəfər köçürülür. Onların arasında I Qarabağ müharibəsi şəhidinin ailəsi də var.

Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.