Şuşanın Daşaltı kəndində hadisə -Özəl

860

Sosialmedia.az xəbər verir ki, Şuşanın Daşaltı kəndində “Nissan Navara” yoldan çıxaraq aşıb və yanmağa başlayıb.

Avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər.

Sürücü isə ağır yanıq xəsarətıəri ilə Füzuli rayon mərkəzi xəstəxanasına yerləşdirilib.