ABŞ səfiri Azərbaycana başsağlığı verib-Özəl

179

ABŞ səfiri 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib

Sosialmedia.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

“Bu gün biz Qara Yanvar faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. Bu faciəli gündə yaxınlarını itirənlərin ailə üzvlərinə və dostlarına dərin hüzünlə başsağlığı veririk”, – səfir bildirib.