Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adı dəyişdirilir.
Sosialmedia.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan Jurnalistlərinin VIII qurultayında bildirib.
O qeyd edib ki, müasir çağırışlara uyğun olaraq, Qaydanın adı dəyişdirilir.
Təklifə əsasən, Qaydanın adı yeni versiyada – Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılacaq.