Hələb atəşə tutulub – 12 nəfər oldürülüb.

298

Bazar günü Suriyanın Hələb şəhərindən cənubda yerləşən Əl-Vahidi yaşayış məntəqəsi silahlı qruplaşmalar tərəfindən atəşə tutulub.

“RİA Novosti” xəbər verir ki, nəticədə azı 12 dinc sakin ölüb, daha 15 nəfər yaralanıb.

Ölənlər arasında suriyalı hərbçi də var.

Yaraqlıların qəsəbəni reaktiv yaylım atəşi sistemlərindən atəşə tutduğu bildirilir.