Üzərinə benzin tökərək özünü yandıran Mingəçevir sakini xəstəxanada vəfat edib

239

İyunun 28-də Mingəçevirdə üzərinə benzin tökərək özünü yandıran İmamverdi İsmayılov xəstəxanada vəfat edib.

Bu barədə SosialMedia.az-a Mingəçevir Şəhər Xəstəxanasından bildirilib.

Qeyd edək ki, hadisə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həyətində baş verib.

Qıcolma xəstəsi olan övladını xəstəxanaya gətirən ata – 1990-cı il təvəllüdlü İsmayılov İmamverdi Səxavət oğlu uşağın durumundan keçirdiyi narahatlığın psixoloji təsiri altında intihara cəhd edib. O, gözlənilmədən üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdakıların köməyi ilə söndürülən şəxs çoxsaylı yanıq xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilib.