Qabiliyyət imtahanları başlayır

240

Bu gün V qrup (bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və təsviri sənət istiqamətinin 14-cü komissiyası (dizayn ixtisası) üzrə qabiliyyət imtahanları başlayır.

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, qabiliyyət imtahanları 1-14 iyul tarixlərində keçiriləcək.

V qrupa daxil olan digər komissiyalar üzrə qeydiyyat isə iyulun 3-dək aparılacaq.

İmtahandan iştirak edəcək abituriyentlər bu linkə daxil olaraq buraxılış vərəqəsini çap edə bilərlər.

Qeydiyyatdan keçməyən abituriyentlər qabiliyyət imtahanında iştirak edə bilməyəcək.