İsrail Suriyaya raket atdı: ölənlər var

200

İsrail Hərbi Hava Qüvvələri (HHQ) Dəməşq ətrafında kənd yerlərini raket atəşinə tutub.

TASS xəbər verir ki, raket zərbələri nəticəsində 4 nəfər həlak olub, 21 nəfər yaralanıb. Ölənlərdən biri uşaqdır.

Raketlər Livanın hava məkanında döyüş təyyarələrindən buraxılıb.

İsrail ordusunun nümayəndələri hadisəni şərh etməkdən imtina ediblər.