Şəkidə 21 yaşlı qadın sirkə turşusundan zəhərlənib

299

Şəkidə 21 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

SosialMedia.az-ın məlumatına görə, bu gün rayonun Kiçik Dəhnə kənd sakini, 1998-ci il təvəllüdlü Gülzadə Qalib qızı Rəsulova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb Müəssisəsindən SosialMedia.az-a bildirilib ki, bir övlad anası olan 21 yaşlı G. Rəsulovanın yaşadığı ünvanda sirkə turşusundan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.