Mingəçevir və Taxtakörpü su anbarlarında seysmik tədqiqatlar aparılacaq

262

Respublika Seysmoloji Xidmət Mərkəzi Mingəçevir və Taxtakörpü su anbarlarında yaxın vaxtda seysmik tədqiqatlara başlanacaq. Bunu “SosialMedia.az-Economics”ə Mərkəzdən deyiblər.

Mərkəzdən bildirilib ki, müvafiq ekspert komissiyası layihələri təsdiqləyib və qrant ayrıldıqdan sonra tədqiqatlara start veriləcək.

Hər iki tədqiqatlar qrant maliyyə dəstəyi ilə Rusiya və İtaliya mütəxəssislərilə birgə 2 il müddətində icra olunacaq. Tədqiqatların məqsədi su anbarlarında yaranan yönəldilmiş seysmik effektin tədqiqi və seysmik təhlükənin qiymətləndirilməsidir.