“Beynəlxalq Ordu Oyunları-2019”a hazırlıq davam edir – VİDEO

128

Avqustun 3-dən 17-dək “Beynəlxalq Ordu Oyunları-2019” çərçivəsində keçiriləcək müxtəlif müsabiqələrdə iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçularının hazırlığı davam edir.

Bu barədə SosialMediaşaz-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, “Tank biatlonu” və “Snayper həddi” müsabiqələrinə qatılan tank heyətləri və snayperlərin təlim poliqonunda hazırlıq məşqləri keçirilib.