Prezident İlham Əliyev “Facebook”da Milli Mətbuat Günü münasibətilə paylaşım edib

189

Prezident İlham Əliyev “Facebook” səhifəsində 22 iyul – Milli Mətbuat Günü münasibətilə paylaşım edib.

SosialMedia.az-ın məlumatına görə,  paylaşımda “Bünövrəsi “Əkinçi” ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir” fikirləri yer alıb.

Qeyd edək ki, bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 144 il ötür.