Mingəçevirdə azyaşlı binanın 3-cü mərtəbəsindən yıxılıb

112

Mingəçevirdə 2 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yıxılıb.

SosialMedia.az-ın Mingəçevir bürosunun məlumatına görə, hadisə Energetik yaşayış massivindəki Ydigar Mənsurov küçəsi, 1 ünvanında baş verib.

Nəzarətsiz qalmış 2017-ci il təvəllüdlü şəhər sakini Rəcəbov Uğur İlkin oğlu yaşadığı beşmərtəbəli binanın 3-cü mərtəbəsindən yerə düşüb.

Ağır xəsarət alan azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.