ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

164
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib.
SosialMedia.az- ınTASS-a istinadən verdiyi xəbərinə görə, ABŞ administrasiyası Suriyada Rusiya Silahlı Qüvvələrinə yanacaq tədarükü ilə bağlı 3 fiziki şəxs, bir şirkət və 5 gəmiyə qarşı sanksiya tətbiq edib.
Sanksiyaya məruz qalan “Maritime Assistance” şirkətinin əməkdaşları – İvan Stepanyan, İvan Okorokov və İlya Loqinovun adları “qara siyahı”ya salınıb.
Sanksiya tətbiq edilən gəmilər isə “Yaz”, Siq”, “Sudak”, “Passat” və OT-2077 olub.
Rəsmi Moskva ABŞ-ın sanksiyalarını yolverilməz hesab edir.