Bakıda kafedə yanğın olub

191

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 400 m² olan ikimərtəbəli tikilinin (birinci mərtəbəsi mağaza, ikinci mərtəbəsi uşaq bağçası kimi fəaliyyət göstərir) zirzəmisində ümumi sahəsi 80 m² olan kafenin yanar konstruksiyaları 45 m² sahədə, içərisində 5 ədəd televizor və 1 ədəd soyuducu yanıb.

SosialMedia.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, kafenin qalan hissəsi və tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.