Spiker millət vəkillərini “Təhsil krediti haqqında” qanun layihəsini parlamentə təqdim etməyə çağırıb

135

“Millət vəkilləri Vahid Əhmədov və Əli Məsimlinin hazırladığı “Təhsil krediti haqqında” qanun layihəsi ancaq parlamentin komitəsində müzakirə olunub, parlamentə gəlib çıxmayıb”.

SosialMedia.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında spiker Oqtay Əsədov bildirib.

Spiker millət vəkillərini “Təhsil krediti haqqında” qanun layihəsini parlamentə təqdim etməyə çağırıb.

Qeyd edək ki, bu gün millət vəkilləri Vahid Əhmədov və Əli Məsimli parlamentdə çıxışları zamanı “Təhsil krediti haqqında” qanun hazırlayaraq parlamentə təqdim etdiklərini bildiriblər və belə bir qanunun qəbulunu vacib saydıqlarını vurğulayıblar.