“Mavi balina”nın daha iki qurbanı: oğul və anası özlərini…

173
Gürcüstanın İmereti rayonunun Tskaltubo qəsəbəsində 18 yaşlı oğlan özünü 9 mərtəbədən ataraq intihar edib.
SosialMedia.az-ın yerli bürosunun xəbərinə görə, qohumları gəncin “Mavi balina” oynadığını bildiriblər.
Oğlunun ölümündən sonra anası da intihar edib.
Oğlanın təhsil aldığı ictimai məktəbin direktoru bildirib ki, ailə üzvlərinin ölümündən sonra evdə şübhəli qeydləri olan bir vərəq tapılıb.
Faktla bağlı Gürcüstan cinayət məcəlləsinin intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb və araşdırmalar aparılır.