Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

172

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

SosialMedia.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Elvin Hüseynovun idarə etdiyi avtomobil qarşıdan gələn minik maşını ilə toqquşub.

Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

Elvin Hüseynov isə müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.