Rusiyanın Ermənistandakı aviabazası yandı

150

Rusiyanın Ermənistanda yerləşən “Erebuni” aviabazasında yanğın olub.

SosialMedia.az  “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın aviabazanın anqarında qeydə alınıb. Hadisə yerinə 10-a yaxın yanğınsöndürən cəlb edilib.