SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi dəyişib

231

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadə yeni vəzifəyə təyin olunub.

O, şirkətin Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun müavini təyin edilib.

Bunu SosialMedia.az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə rəhbərlik isə Adil Vəliyevə həvalə edilib.