Bu gün Ana Vətən Partiyasının 29 yaşı tamam olur

328

Bu münasibətlə partiyanın sədri, millət vəkili Fəzail Ağamalı partiya üzvlərini təbrik etmişdir.

Təbrikdə deyilir:

Hörmətli Anavətənçilər!

Ana Vətən Partiyasının yaranması Azərbaycanda ziddiyətli və siyasi proseslərin sürətlə inkişaf etdiyi bir dövrə təsadüf edir. Həmin zaman kəsiyində müxtəlif siyasi baxışları öz ətrafında birləşdirən AXC rəhbərliyi siyasi proseslərin önündə gedə və açıq siyasi iradə nümayiş etdirə bilmirdi. Məhz hadisələrin bu cür gedişi və AXC-nin fəaliyyətilə razılaşmayan bir qrup ziyalı və tələbələrlə birlikdə 1990-cı ilin noyabr ayının 24-də Ana Vətən Partiyasını təsis etdik. Və Azərbaycan cəmiyyətinin siyasi sistemində ilk partiyalardan biri kimi aktiv fəaliyyətə başladıq.
Ötən 29 il partiyamızın keçdiyi tarixi yolun şərəfli mərhələsidir. Biz Sovet İmperiyasına qarşı ümumxalq mübarizəsinin önündə addımlamış, milli dövlətçiliyimizin yaradılmasında töhvələr vermişik. Xüsusi olaraq qeyd etməliyəm ki, AVP milli dövlətçiliyimiz ciddi təhlükə ilə üz-üzə qalanda xalqımızın mütləq əksəriyyətilə bərabər istiqlalımızı qoruyub saxlamaq və ölkəmizi böyük fəlakətlərdən xilas etmək üçün Ulu Öndərimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi uğrunda prinsipial siyasi iradə nümayiş etdirmişdir.

Milli dövlətçiliyimizin siyasi varisliyinin təmin edilməsində partiyamızın mövqeyi fəaliyyətimizin ən uğurlu səyfələrindəndir. Möhtərəm, cənab prezidentimiz İlham Əliyevin siyasi varis kimi prezidentliyi uğrunda aparılan ümumxalq mübarizəsində fəal iştirakı ənənə xarakteri daşımışdır.

Bir sözlə, siyasi meydana qədəm qoyduğu andan müstəqilliyimiz, demokratik, hüquqi və dünyəvi dövlət qurmaq, onu nüfuzlu beynəlxalq subyektə çevirmək uğrunda əhəmiyyətli töhfələr vermişdir.

Əziz Anavətənçilər!

Sizi partiyamızın 29 illiyi münasibətilə təbrik edir, sizə can sağlığı və partiyamızın amalı uğrunda mübarizədə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,
Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri,millət vəkili

Qeyd : Bizdə SosialMedia.az saytı olaraq,hörmətli millət vəkilimiz Fəzail Ağamalını və bütün Ana Vətən Partiyası üzvülərini təbrik edirik. Onlara siyasi fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.