Qobustanda qardaş bacısını bıçaqlayıb

138

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

SosialMedia.az-ın xəbərinə görə, hadisə rayonun Çalov kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Yaqubov Füzuli Rahib oğlu qısqanclıq zəminində bacısı, 1996-cı il təvəllüdlü Dünyaxanım Yaqubovanı bıçaqlayıb. 3 bıçaq xəsarəti alan qadın Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisəni törədən F.Yaqubov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.