“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik təklif edilir

388

Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin birgə İşçi Qrupunun hazırladığı “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik təklif edilib.

SosialMedia.az-ın məlumatına görə, bunu “Nəsimi” filminin surdo-tərcümə formatındakı təqdimat mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Hidayət Abdullayev bildirib.

Onun sözlərinə görə, qanunvericiliyə təklif olunan yeni dəyişikliklərdə eşitmə və ya nitq məhdudiyyəti olan şəxslər üçün əlavə imkanların yaradılması da nəzərdə tutulub: “Yəni, televiziya proqramlarında, kino və videofilmlərdə subtitr və ya surdo-tərcümə sisteminin tətbiq edilməsi də qarşıda duran işlər sırasındadır”.