Azay Quliyev: “”Sosial sifarişlər haqqında” qanunun qəbulu çox aktualdır”

337

“Qanunvericilik sahəsində bəzi boşluqlar var. Hələ bir neçə il əvvəl “Sosial xidmətlər haqqında” qanun qəbul edilib. Amma təcrübə onu göstərir ki, yeni yanaşmaya ehtiyac var”.

SosialMedia.az-ın məlumatına görə, bunu “Sosial xidmətlər sahəsində QHT-lərlə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. Onun sözlərinə görə, “Sosial sifarişlər haqqında” qanuna ehtiyac var:

“Heç kimə sirr deyil ki, bütün dünyada sosial təminat xidmətlərinin satınalmasının böyük əksəriyyəti məhz QHT tərəfindən həyata keçirilir.  Bu gün üçün “Sosial sifarişlər haqqında” qanunun qəbulu çox aktualdır”.

A, Quliyev “Sosial sifarişlər haqqında” qanun layihəsinin Şura tərəfindən hazırlanaraq Milli Məclisə təqdim olunduğunu bildirib:

“Ümid edirəm ki, Milli Məclisin növbəti çağırışı formalaşarkən bu məsələyə də baxılacaq”.