Sabahın hava proqnozu

274

Yanvarın 4-də Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən SosialMedia.az-a verilən məlumata görə, havanın temperaturu  gecə 3-6° isti, gündüz  7-9° isti, Bakıda  gecə 3-5° isti, gündüz  7-9° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 770 mm  civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət  70-80 % olacaq.   

Azərbaycanın rayonlarında arabir yağış, bəzi dağlıq və dağətəyi rayonlarda qar  yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz  5-9°  isti, dağlarda gecə 1-6° şaxta, gündüz  0-4° isti olacaq.