Əli Həsənovun oğlu Xəzər TV-dən çıxarıldı

219

Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Xəzər TV-dən çıxarılıb.

SosialMedia.az Baku.ws-ə istinadən məlumat verir ki, Şamxal Həsənli bu gün kollektivlə vidalaşıb.

Onun əvəzinə hələlik təyinat olmayıb.

Xatırladaq ki, Şamxal Həsənli “Xəzər TV” MMC-nin prezidenti vəzifəsini icra edirdi.