“Araz” supermarketlər şəbəkəsi xeyriyyə kampaniyasına başlayıb

154

“Araz” supermarketlər şəbəkəsi “Bir ümid verək” adlı xeyriyyə kampaniyasına başlayıb.

Fevralın 6-dək “Araz” supermarketlər şəbəkəsindən alış-veriş etməklə xərçəngdən əziyyət çəkən uşaqlara ümid bəxş edəcəksiniz. Bonus kartla hər 10 AZN-lik alış-verişdən 0.05 qəpik xeyriyyə məqsədilə toplanaraq “Araz” müştəriləri adından Milli Onkologiya Mərkəzinə köçürüləcək.