E-Vətəndaş səs verməsi haqqında məlumatlandırma

471

Hörmətli QHT nümayəndələri!

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına vətəndaş qiymətləndirməsi (e-vətəndaş xidməti) barədə ünvanlanan çoxsaylı suallara cavab olaraq bir sıra nüansları diqqətinizə çatdırmağı vacib hesab edirik.

Bildiyiniz kimi SƏLİS 2019-cu ildən ASAN login sisteminə inteqrasiya olunub. 2020-ci ildən etibarən e-Vətəndaş proqramına da daxilolma bu sistem vasitəsilədir. Vətəndaş qiymətləndirməsi zamanı QHT-lərin qarşılaşdıqlarını bildirdikləri bəzi hallarla bağlı aşağıdakıları bilməyiniz zəruridir:

1. “FİN-ə aid istifadəçi tapılmadı”. Bu o deməkdir ki, mygov portalında qeydiyyatdan keçməmisiniz. Bunun üçün ilk öncə səhifənin alt tərəfində “qeydiyyat” düyməsini sıxıb, FİN kod və mobil nömrəni, daha sonra isə özünüzün təyin etdiyi şifrəni (8 rəqəmli, 1 böyük və 1 kiçik hərfdən ibarət olmaqla) yazmaqla portalda qeydiyyatdan keçmək, sonra isə proqrama daxil olmaq lazımdır.

2. “Daxil edilən FİN sistemdə mövcuddur”. Demək ki, siz artıq bu portalda və ya ASAN-ın təqdim etdiyi digər xidmətlərdə (misal üçün ASAN Pay) qeydiyyatdan keçmisiniz. Şifrənizi unutmusunuzsa, o zaman “şifrəni unutdum” düyməsini sıxmaqla nömrənizə gələn kodla şifrəni yeniləyə bilərsiniz.

3. “Mobil nömrə qeyd edilən FİN-ə məxsus deyil”. Bu o deməkdir ki, telefon nömrəniz öz adınıza deyil.

4. Nömrə öz adınıza olmazsa səsvermədə iştirak etmək mümkündürmü? Bəli, bu zaman ASAN imza və ya e-imzadan istifadə etməklə də səsvermədə iştirak edə bilərsiniz.

Əgər mygov portalındakı şəxsi kabinetinizdə sizə aid məlumatlarda hər hansı yanlışlıqla rastlaşsanız müraciətinizi proqram üzərindən “əks əlaqə” vasitəsilə müvafiq quruma çatdıra bilərsiniz.

Qeyd: Şəxsiyyət vəsiqəsinin FİN kodu şəkildə gördüyünüz koddur, yəni şəxsiyyət vəsiqənizin sondan 1 rəqəmini çıxmaqla ilk 7 rəqəmi.