Nəsimi Həsənov Ağcabədi rayonunun kəndlərində seçiciləri ilə görüşlərini davam etdirir

709

SosialMedia.az  bildirir ki, DAVİB-prezidenti, 83saylı Ağcabədi-Füzuli seçki dairəsindən deputatlığa namizəd Nəsimi Qarabağlının (Həsənov Nəsimi Novruz oğlu) vəkili, seçki qərarhahının rəhbəri Dəyanət Həsənov DAVİB Mətbuat Xidmətinə bildirmişdir ki, seçkiqabağı təbliğat-təşviqat kompaniyası, xəbər verdiyimiz kimi, Bakı şəhərində müvəqqəti məskunlaşmış Füzulidən olan seçiciləri ilə görüşdən sonra, artıq yanvarın 29-dan Ağcabədi rayonunda, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinə aid, Ağcabədi rayonunun 1 qəsəbəsi və 22 kəndlərində ardıcıllıq nəzərə alınmaqla seçicilərlə görüşlərə başlanılmışdır. Beləki, seçicilərlə ilk görüş İmamqulubəyli və Qaraxanlı seçicilərlə keçirildikdən sonra N.Qarabağlının Minəxorlu, Biləğayın, Taynaq, Sarıcalı, Poladlı, Şərəfxanlı, Mirzəhaqverdili, Arazbar, Kürdlər, Sarvanlar, Boyat, Hacılar, və Qiyamadınlı seçicilərilə görüşləri keçirilmişdir.

Seçicilərlə keçirilən görüşlər olduqca səmimi və qarşılıqlı diskusiya şəklində maraqlı bir ovqatda keçirilmişdir.
Bütün görüşlərdə N.Qarabağlı seçicilərə öz seçki öncəsi platforması və gələcək fəaliytəti haqda məlumat verərək seçicilərin qaldırdıqları məsələləri şəxsən qeyd edərək, aidiyyatı orqanlara çatdırılacağına və problemlərin qisməndə olsa həll edilməsinə çalışacağına söz verdi.

Ümumilikdə, seçicilərlə keçirilən bütün görüşlər seçicilər tərəfindən rəğbətlə qarşılanaraq, seçkilərdə Nəsimi Qarabağlını dəstəklədiklərini və 09 fevral seçki günü öz səslərini Nəsimi Həsənova verəcəklərini bəyan etdilər. Seçicilərin ölkə başçısının Milli Məclisin buraxılaraq, yenidən Milli Məclisə növbədən kənar 6-cı seçkilərin keçirilməsini çox yüksək dəyərləndirərək, Milli Məclisə seçiləcək deputatların, vəkillərinin daha da, millətini sevən, öz fəaliyyətlərilə seçicilərin daima səslərini eşidəcək və onların qaldırdıqları məsələlərə dahada yaxın olacaqlarını artıq bir arzu deyil, bir gercəkıəşəcək reallıq olacaqlarını bildirirdilər.

Ümumiyyətlə ölkə başçısının apardığı bu islahatlar dönəmində Milli Məclis səviyyəsində də, parlament üzvlərinin yeni simalarla əvəz edilməsi, daha da, savadlı və peşəkar insanların olması, onları hər seçkidən seçkiyə aldadan, 5, 10 ildə bir dəfə də olsun yanlarında olmayan yalançı deputatların artıq olmayacağına, seçicilər üçün əlçatan ola biləcək vəkillərin olmasına, seçkilərin daha da şəfaf və ədalətli keçirilməsinə inandıxlarını bildirdilər.

Bir çox seçicilərlə görüşlərdə seçicilərin ölkə başçısına, onun apardığı islahatlara, siyasi kursunu dəstələdiklərini ifadə edərək bu seçkiləridə islahatların davamı olaraq seçdikləri namizədə və seçəcəkləri millət vəkillərinində ədalətli və şaffaf şəkildə seçiləcəklərinə inamlı olduqlarını vurğuladılar.

Belə bir deyim var, Xaıqın gözü tərəzidir! Əmin olmaq istərdik ki, seçicilər bu seçkilərin tamam fərqliliyini anlıyaraq, səslərinin saxtalaşdırılmayacaqğına əmin olaraq, seçkilərdə aktivlik göstərərək, məhz hər zaman onların qayğılarıyla maraqlana biləcək, onların istək və təkliflərini eşidən və onlara dəstək ola biləcək bir namizədə səs verəcəklər.

Görüşlərdə qaldırılan məsələlərdən biri, hələdə kənd yerlərində, içməli su, qaz, yol, uşaq və yeniyetmə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün heçbir şəraitin olmaması, fəalyyət göstərən uşaq baxcaların olduqca kiçik olması və ya uşaq baxcalarının heç olmaması, əksər kənd yerlərinin qazla təmin edilməməsi, kənd cammatının məişət-ev təsərüfatında daima problemlərlə üzləşdiyidə vurğulandı.

Bildirdiyimiz kimi, Bakı şəhərində olmaqla bərabər Ağcabədi- Hindarx qəsəbəsindədə bizim Seçki Qərargahımız fəaliyyət göstərir. Təbliğat-təşviqat kompaniyamızın tərkibində mobil seçki qərargahımızda fəaliyyət göstərir ki, hər bir görüşdə söhbət əsnasında, bəlli problem və təklifləri irəli sürən və ya müəyyən səbəbdən görüşlərdə iştirak edə bilməyən seçicilərlə individual olaraq, qapı-qapı, ev-ev gəzərək onların qayğılandıran məsələrlə yaxından tanış olub qeydlərimizi aparırıq.

Ümumilikdə görüşlər çox aktiv və maraqlı keçirilir.
N.Qarabağlı seçicilərlə görüşündə onlara gələcək fəaliytəti haqda məlumat verərək, platformada da qeyd etdiyi kimi, bildirdiki, “Şükürlər olsun ki, bu gün Azərbaycan yüksələn xət üzrə hərtərəfli və davamlı inkişaf edir. Əlbətdə ki, bu inkişaf ölkə rəhbərliyinin qarşıya qoyduğu əsas hədəflərdəndir. Bütün bölgələrdə olduğu kimi, bu istiqamətdə #Ağcabədi və ərazilərinin bir çox hissəsi hələdə işğalda olan, Füzuli rayonundada ardıcıl işlər görülmüşdür.

Etimad göstərilmiş yalnız bir neçə dəfələrlə etimadını doğrultmayan yalançı deputat-namizədlərin hər dəfəsində seçicilərə üzünü tutaraq nə vəd edəcəyi və gördüyü hansı işlərdən, fəaliyyətindən danışacağı maraqlı olduğu kimi, mənimdə SİZ seçicilərimə daha əlçatan, Sizlərin yanınızda olaraq əməli fəaliyyət göstərəcəyimə, Sizlərin hər birinizə övlad, qardaş, dost, sirdaş olacağıma, Sizlərlə birgə daha da gözəl işlərin görülməsinə, MilliMəclis də qəbul ediləcək qanunlarda hər bir seçicinin ümumiləşdirilmiş qaydada təklif və tövsüyələrinində nəzərə alınmasına çalışacağıma söz verirəm. Qanunlar elə işlənilib hazırlanmalıdır ki, ondan ölkədə, dövlətdə müsbət mənada faydalana bilsin. Elə olmalıdır ki, hər bir millət vəkilinin fəaliyyəti indən belə seçicilərin yanında seçkidən-seçkiyə yox, seçicilər üçün əlçatanlığını təmin edərək onlara daha yaxın olmalıdır. Burada səsləndirdiyimiz məsələlər mənim seçki platformamın əsas maddələri kimi Milli Məclisə seçkilər günü Millət vəkili seçiləcəyim təqdirdə daima diqqət mərkəzində saxlayaraq, onların həlli üçün müntəzəm olaraq fəaliyyət göstərəcəyimə, sizlər üçün əlçatan və sözün əsil mənasında sizin səsiniz olacağam.

Daha rahat və firavan həyat naminə bir ailə kimi çalışacağıq!
Məhz Sizin vəkiliniz olaraq sizin ailənin bir üzvü qədər Sizə yaxın olacaq, Sizlərlə çiyin-çiyinə, əl-ələ verərək rayon, qəsəbə və kəndlərinizin inkişafı naminə gecə-gündüz çalışacağımıza inanıram.

Hər zaman Sizi eşidəcək, fikirlərinizi Milli Məclisin ali kürsüsündən səsləndirərək, qaldırılan məsələlərin həllinə çalışacağam.
Bildiyimiz kimi, parlament üzvünün əsas vəzifəsindən biri də qanunvericilik təşəbbüsü və hər kəsə faydası toxunacaq qanunların hazırlanmasıdır.
Ümid edirəm ki, yeni yaradılacaq parlament daha çox milli maraqlara xidmət edəcək, vətəndaşların, o cümlədən seçicilərin hər an yanında olan, ölkənin dahada uğurla inkişaf etməsinə, ölkə əhalisinin həyat şəraitinin yaxşılaşmasına təsir edəcək sosial-iqtisadi, elm, təhsil, hərbi-müdafiə və təhlükəsizlik məsələrinə dair işlək qanun layihələrin hazlrlanmasına xidmət edəcək bir parlament olacaq. Yeni parlamentə seçiləcək millət vəkillərini, nəhayət, sözün əsil mənasında millətin vəkili olaraq fəaliyyət göstərərək, prezident İlham Əliyevində söylədiyi kimi, xalqa, millətə xidmət edəcək parlament deputatları olacaqlarına inanmaq istərdim.

Əslində, ölkə imicinin dahada yüksək olması, ölkə vətəndaşlarının sağlam və rahat mühitdə yaşamaqları, sahibkarların, orta və kiçik biznes mühitinin qurulmasından tutmuş, sağlam rəqabətin olması və s. hamısı milli məclis deputatlarının işgüzar və fəal olaraq hazırladıqları qanun layihələrindən aslıdır. Qanunlar elə işlənilib hazırlanmalıdır ki, ondan ölkədə, dövlətdə müsbət mənada faydalana bilsin.
Elə olmalıdır ki, hər bir millət vəkilinin fəaliyyəti indən belə seçicilərin yanında seçkidən-seçkiyə yox, seçicilər üçün əlçatanlığını təmin edərək onlara daha yaxın olmalıdır. Seçiləcək müddətdə seçicinin yanında olaraq real problemləri araşdıraraq təkliflər verilməli, qanun layihələri hazırlanmalıdır. Zənnimcə, yeni parlamentə seçiləcək deputatların milli təffəkkürü, sağlam intelekti və ən əsası onun vətənpərvər olması daha müsbət, millətimiz üçün daha faydalı olacaq.
Bu günlərim bizim hələdə həll edilməmiş Qarabağ boyda problemimiz var. Hələdə işğal altında olan torpaqlarımız və hər an onların işğaldan hökmən azad edəcəyik kimi qarşıda müqəddəs vəzifəmiz durur. Bu baxımdan yeni parlametdə bu kimi vacib məsələlər birinci olmalıdır.
Məhz elə qanunlar hazırlamalıyıq ki, hər birimiz – müəllimlərimiz, həkimlərimiz, şagirdlərimiz, tələbələrimiz, təqaüdçülərimiz, bir sözlə bütün təbəqədən olan vətəndaşlarımız bundan bəhrələnsin.

İnanıram ki, etimadınız sayəsində mən Millət vəkiliniz seçilərəmsə, istər parlamentdəki qanunvericilik fəaliyyətimdə, istərsə də regional layihələrin reallaşması üçün yorulmadan çalışmağa tam hazıram və bunu öz vicdan və şərəfimlə edəcəyimə söz verirəm.”
Nəsimi Qarabağlının vəkili, seçki qərargahın rəhbəri Dəyanət Həsənov onuda qeyd etdi ki, Minəxorlu seçiciləri ilə görüş öncəsi, 1993-cü ildə torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Məlikov Vidadi Şahlar oğlunun ailəsini ziyarət edərək, ailəsinə bir daha baş sağlığı verərək, onların bu VƏTƏN və DÖVLƏT qarşısında hər zaman uca tutulacağı və daima dövlətin diqqətində olduqlarını bildirdilər.

Heç də, təsadüfi deyil ki, 3 Milli Qəhrəmanı və 174 Şəhidi olan Ağcabədi rayonunda daima Şəhid və Şəhid ailələrinə qayğı Rayon İcra hakimiyyəti tərəfindən diqqət mərkəzindədir. #Ölkəbaşçısı da hər zaman ölkədə #VƏTƏN uğrunda #ŞƏHİD olanlara, ŞƏHİD AİLƏLƏRİNƏ diqqətin ən həssas və ən uca olmasını vurğulayaraq, şəhidlərlə bağlı sosial yönümlü layihələrin artırılmasına önəm verir.
Daha sonra Minəxorlu kənd məzarlığında uyuyan ŞƏHİD Vidadi Məlikovun, Vaqif Cavadovun, İnşallah Yarayevin, Tahir Allahverdiyevin, Qənbər Səfərovun, Qaraş Hacıyevin, Qamət Qəhrəmanovun və öz ad günündə şəhid olan Anar Atayevin, eləcə də, Azərbaycanın tanınmış incəsənət xadimi, #Azərrbaycan Respublikasının xalq artisti Hacı Səfa Qəhrəmanovun məzarlıqları ziyarət edilmiş, ruhlarına fatihə oxunmuşdur.

Hal-hazırda Ağcabədi rayonunun kəndlərində görüşlər davam edir.