Gürcüstan koronavirusa yoluxma riskinin olduğu ölkələrlə viza rejimi tətbiq etmək niyyətindədir

159

Gürcüstan koronavirusa yoluxmanın yüksək risk zonası kimi qeyd edilən ölkələrlə müvəqqəti viza rejiminin tətbiqi imkanlarını nəzərdən keçirəcək.

SosialMedia.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Baş nazir Giorgi Qaxariyanın imzaladığı fərmanda bildirilib. Sənəddə, eyni zamanda əlaqəli dövlət agentliklərinə koronavirusun ölkə ərazisində yayılması riskinə hazırlıqlı olmaları barədə göstəriş verilib.