ƏSMİD İctimai Birliyi Sumqayıt şəhərində imza gününə dəvət edir

596

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi I-ci qrup əlilliyi olan yazar Samir İmanovun “Zəif əzələ Güclü İradə” kitabının təqdimat mərasimi təşkil edəcək. Bu barədə SosialMedia.az-a təşkilatın sədri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə,ƏSMİD İctimai Birliyinin 80-dan çox üzvü var. Onların işində hər sahə üzrə istedadlılar çoxdur və onlardan biridə Samir İmanovdur.

Samir İmanov 1981-cil il Avqustun 27-də Sumqayıt şəhərində anadan olub. “Serebral İflic” və “Hemofiliya” xəstəliklərindən əziyət çəkir və 1-ci qrup əlildir. Təhsilini “Sumqayıt Şəhər Evdə Təhsil Məktəbi”ndə alıb. Əlilliyi olan insanlardan bəhs edən bir-neçə kitabın müəllifidir. Bir çox müsabiqənin qalibidir. Dəfələrlə Fəxri Fərman, Diplom və digər mükafatlarla təltif edilib. ”Zəif Əzələ,Güclü İradə” kitabı əlilliyi olan insanların sosial həyatından, qarşılaşdıqları problemlərdən, qazandıqları uğurlardan, həyata baxışlarından və sairə bəhs edir. Kitabın yazılmasında əsas məqsədlər, əlilliyi olan insanlarda ruh yüksəkliyi yaratmaq, onlara faydalı ola biləcək məsləhətlər vermək və əlilliyi olan insanları cəmiyyətə düzgün şəkildə təqdim etməkdir.

Kitabın satışından əldə olunan vəsait Samir İmanovun 1-ci qrup övladının müalicəsinə xərclənəcək deyə vurğulayıb.