Sumqayıt şəhərində Gənclər Fondunun dəstəyi ilə “Gələcəyin Liderləri” adlı düşərgə keçirilmişdir

386

SosialMedia.az xəbər verir ki, 29 Fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Regionda Gənclərin Aktivliyinə Dəstək” layihəsi çərçivəsində Sumqayıt şəhərində “Gələcəyin Liderləri” mövzusunda düşərgə tipli tədbir baş tutmuşdur. Bu layihənin sayca 3-cü və sonuncu tədbiridir.

Düşərgədə iştirakçı qismində Sumqayıt şəhərinin gəncləri iştirak etmişdir.

İştirakçılarının böyük maraqla qarşıladığı tədbir kütlə qarşısında çıxış, özünü təqdimetmə, motivasiya, yaddaş texnikaları və digər mövzulara həsr edilmişdir. Düşərgə zamanı çıxış edən təlimçi Günel Ələkbərova “Liderlik” barədə geniş informasiyalar vermiş, gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edən müxtəlif mövzular ətrafında müzakirələr aparmışdır. Düşərgənin ikinci hissəsində çıxış edən təlimçi Rüfət Əsədzadə isə, iştirakçıları qruplara ayıraraq aktiv sorğu-sual şəklində və oyunlarla sessiya təşkil etmişdir.

Təlimin yekununda təşkil olunmuş qiymətləndirməyə əsasən müəyyən edilmişdir ki, iştrakçılar düşərgənin təşkilini, təlimçilərin liderlik sahəsində olan bilik və bacarıqlarını yüksək qiymətləndirmişdirlər.