Bakıda bir neçə obyekt yandı

273

Bakının Ziya Bünyadov prospektində obyektlər yanıb.

Fövqəladə Hallar Nazirliyindən SosialMedia.az-a  verilən məlumata görə, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 104 ünvanında ümumi sahəsi 1800 m² olan, bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərin (taxta emalı sexi, boyama sexi və bir hissəsi anbar kimi istifadə olunur) yanar konstruksiyaları və içərisində olan əşyalar 70 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.