QHT Şurasından daha bir yenilik – Qrant müqavilələri elektron formada imzalanacaq

326
SosialMedia.az xəbər verir ki, ilk dəfə olaraq Şura ilə QHT-lər arasında qrant müqavilələrinin bağlanması “ASAN imza” vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Müsabiqə qalibləri Şuranın qərarına uyğun olaraq layihə sənədlərində (layihə, icra planı, xərclər smetası və s.) müvafiq düzəlişlərin aparılması və müqavilə layihəsinin razılaşdırılması selis.az saytı üzərindən  e-növbə proqramı ilə icra olunacaq.
Qeyd edək ki, bu gün  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 26 tərəfdaş qurumla birgə təşkil etdiyi qrant müsabiqələrinin qalibi olmuş 423 QHT-nin siyahısı açıqlayıb.