“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi- SƏLİS yaradanlara minnətdarlıq etdi

324

SƏLİS- Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemini yaradanlara minnətdarıq. Bu Sözləri “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı öz şəxsi feysbuk hesabında yazıb. O,,qeyd edib\r ki, işimiz bir daha asanlaşdı. Dövlət Dəstəyi Şurasına getmədən də müqavilə imzalayacağıq.

Amma oradakı insanlar üçün darıxacağıq. Ölkəmizdə yeganə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasıdır ki, QHT-lərin inkişafı üçün yeniliklər edir və hər bir QHT-nin təklifini nəzərə alır. Bir dəfə də olsun onların çöhrəsindən gülüş çəkilmədi.Cənab Azay Quliyev və cənab Fərasət Qurbanov, bu məhz sizin əməyinizdir. Sizlərə və Katibliyin bütün əməkdaşlarına Əsgər Ailələrinə Dəstək ictimai birliyi adından minnətdarıq!!!