Azərbaycanın Gürcüstandakı səfirliyi koronovirusla əlaqədar “Qaynar xətt” yaradıb

176

Gürcüstandakı Azərbaycan Səfirliyi koronovirus infeksiyasının yayılma riski ilə əlaqədar operativ “Qaynar xətt” xidməti yaradıb. 

SosialMedia.azın yerli bürosunun verdiyi məlumata görə, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin facebook hesabında məlumat paylaşılıb.

Bildirilib ki, mümkün müraciətlərin səfirlik tərəfindən cavablandırılması məqsədi ilə vətəndaşlar +995 577 06 50 50 qaynar xətti vasitəsi ilə səfirliklə əlaqə saxlaya bilərlər.