Səfirlik: Azərbaycan vətəndaşlarının Macarıstandan təxliyəsinə başlanılır

186

Azərbaycan Respublikası vətəndaşlarının Macarıstandan təxliyə edilməsi üçün Azərbaycan hökuməti tərəfindən təşkil edilmiş Budapeşt-Bakı çarter reysinin bu gün, 18 mart tarixdə saat 20:00-da Budapeşt hava limanından yola düşməsi planlaşdırılır.

SosialMedia.azın xəbərinə görə, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.

“Bununla əlaqədar olaraq, ilk növbədə 15 mart tarixdən 31 mart tarixədək WizzAir şirkətinin Budapeşt-Bakı reyslərinə biletləri olan (tarix ardıcıllığı ilə) Azərbaycan vətəndaşlarının təxliyəsi təmin ediləcək. Həmin şəxslərin pasportlarının surətlərini təcili olaraq (1 saat ərzində) mütləq qaydada səfirliyin budapest@mission.mfa.gov.az ünvanına göndərmələri və saat 16:00-da Budapeşt hava limanında olmaları zəruridir”, – deyə məlumatda qeyd olunub.