QHT sədri on min tibbi maska hazırlatdıraraq Fonda ianə etdi

299

Prezident İlham Əliyevin sərəncamı ilə əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu koronavirusla mübarizəyə dəstək verməsi, sosial həmrəylik, dövlət – vətəndaş birliyini bir daha nümayiş etdirmək məqsədi ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bu məqsədlə ayrı-ayrı sektorların təmsilçiləri, özəl sektorun nümayəndələri, QHT rəhbərləri, adi vətəndaşlar imkanları daxilində fonda dəstək olurlar.

SosialMedia.az xəbər verir ki, belə yardımlardan birini QHT sədri, tanınmış xanım- iş adamı Vəfa Muradzadə edib. “Vəfa Collection” şirkətinin rəhbəri, “İş Qadınlarına Dəstək” İctimai Birliyinin sədri Vəfa Muradzadə Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizə Dəstək Fonduna 10.000 tibbi maska ianə edib.

Qeyd edək ki, İctimai Birliyinin sədri az müddət sonra yenidən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10.000 tibbi maska ianə edəcəyini bildirib.